İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda AĞIR QƏZA: İki nəfər boğularaq öldü - FOTO

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

Musavat.com “Report”a istinadən xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mitsubishi” markalı avtomaşın Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşın yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb.

Nəticədə avtomobildə olan sürücü və sərnişin suda boğularaq dünyasını dəyişib.

Onların meyitləri sudan çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR