İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı ŞOK PLAN: Qərb indi də BU "KART"DAN istifadə edəcək

"İsveçrə parlamentinin aşağı palatasının Qarabağ ermənilərinin qayıdışı ilə bağlı bir ildən gec olmayaraq konfrans keçirilməsi ilə bağlı bu ölkənin hökumətinə müraciəti Azərbaycanın daxili işlərinə qarışmaqdır".

Musavat.com xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.

"Maraqlısı budur ki, İsveçrə dünyada neytral dövlət kimi tanınır və beynəlxalq siyasətə, demək olar ki, qarışmır. Belə çıxır ki, bu dəfəki bəyanatlar deputatların özfəaliyyəti deyil, sifarişdir. Sifarişi isə bəlli mərkəzlər edib.

Görünən odur ki, sülh müqaviləsinin imzalanıb-imzalanmamasından asılı olmayaraq, ölkəmizə qarşı Qarabağ erməniləri kartından mütləq istifadə ediləcək", - deyə politoloq əlavə edib.

1538217747659438786_1000x669.jpg (79 KB)

O qeyd edib ki, Qərb əvvəlcə rəsmi Bakı ilə maskalanmış formada danışaraq sülh müqaviləsini imzalamağımız üçün minbir cildə girdi, bunun alınmayacağını görən kimi digər mövzulara yaşıl işıq yandırdılar:

"İki plan var idi: Sülh müqaviləsini imzalayandan sonra NATO bazasını Ermənistanda yerləşdirmək, ermənilərin qayıdışını qabartmaq. Bu alınmadı deyə, ikinci plana keçərək erməni məsələsi ilə bağlı birbaşa danışmağa başladılar.

Qarşıdakı ildə Ukraynada müharibənin bitmə ehtimalının böyük olduğunu nəzərə alsaq, regional və qlobal güclərin ortaq məxrəcə gələcəkləri təqdirdə, hər iki istiqamətin Ermənistana dəstək ehtimalı böyük olacaq. Nə qədər ki bu günkü "düşmənlər" birləşməyib, biz tarixi hədəflərimizə çatmalı, Ermənistanın boyunun uzanmasına imkan verməməliyik".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR