İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan üzərindən tranzit neft daşımaları azalıb

Azərbaycanın dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 7 milyon 932,5 min ton təşkil etməklə əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz azalıb.

Musavat.com Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu dövrdə daşınan yüklərin 48,6 faizini və ya 3 milyon 855,195 min tonunu neft yükləri təşkil edib.

2023-cü ilin eyni dövründə dəniz nəqliyyatı ilə yükdaşımalarda 19,4 faiz artım qeydə alınmaqla, daşınan yüklərin həcmi 8 milyon 313,9 min tona bərabər olub. Bu yüklərin 54,9 faizini və ya 4 milyon 564,33 min tonunu neft yükləri təşkil etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR