İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Ukrayna qaçqınlarına 29 ton humanitar yardım göndərib

Bu gün, aprelin 15-də Azərbaycan hökuməti Ukraynadakı böhran nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı qaçqınlara tibbi yardımın göstərilməsi və ilkin ehtiyacların qarşılanması üçün humanitar yardım göndərib.

Yerli medianın rəsmi qurumlara istinadən verdiyi məlumata görə, ümumi dəyəri 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb.

Azərbaycan bu il fevralın 27-də və martın 12-də Ukraynaya ümumi dəyəri 21,5 milyon manat (11,5 milyon avro) olan dərman vasitələri və tibbi vasitələr, eləcə də ərzaq və qida məhsulları göndərib. İndiyədək Azərbaycan hökuməti və ictimaiyyəti Ukraynaya ümumilikdə 520 tonadək humanitar yardım göndərib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR