Onlayn ictimai-siyasi qəzet
AFFA İntizam Komitəsi "Araz-Naxçıvan"ın futbolçusu Numan Kurdiçu bir oyunluq cəzalandırıb.
Buna onun "Qəbələ" ilə Premyer Liqanın XXVII turunun matçında (1:1) qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.
Naxçıvan təmsilçisi legionerə görə 800 manat ödəyəcək.
"Turan Tovuz" 500, "Qarabağ" 1500 manat ziyana düşüb. Tərəflər arasında Tovuzda reallaşan qarşılaşma bitdikdən sonra tunel, texniki zona və miks zonaya “A buraxılışı” vəsiqəsi olmayan şəxslər buraxıldığına görə meydan sahibləri cərimələnib.
"Qarabağ" isə azarkeşlər pirotexniki vasitədən istifadə etdiyi üçün bu məbləği ödəməyə məcburdur.
Komitə "Sumqayıt"a 700 manat cərimə kəsib. "Gənclik şəhəri" təmsilçisinin 4 oyunçusu "Sabah"a 1:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə görmüşdü.//Report
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ