İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan Ordusu Ağdərə istiqamətində irəliləyir" - Rusiya Müdafiə Nazirliyi

Musavat.com bildirir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi bülletenində Azərbaycan Ordusunun Ağdərə istiqamətində irəliləməsi haqqında məlumat əksini tapıb.

Xəbəri Ermənistana və Qarabağdakı separatçı quruma aid telegram kanalları tirajlayır və təsdiqləyirlər. Bəzi məlumatlara görə, artıq Tərtər rayonunun Yarımca kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib və bu da Ağdərə istiqamətinə alverişli çıxışa şərait yaradır.

Xatırladırıq ki, Ağdərə rayonu, Yarımca və başqa kəndlər Azərbaycan ərazisidir. Azərbaycan Ordusu BMT-nin tanıdığı Azərbaycan ərazisinin sərhədi daxilindədir. Azərbaycan öz ərazisində hərbi, yaxud xüsusi əməliyyatı həyata keçirmək hüququna malikdir və bunun üçün heç bir yerdən icazə almamalıdır.

Əlavə məlumat olarsa, bildirəcəyik.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR