Onlayn ictimai-siyasi qəzet
"Şamaxı"da maaş qalmaqalı davam edir.
Belə ki, klub mövsüm başa çatandan sonra komandadan ayrılan futbolçulara maaşını hələ də tam ödəməyib.
Söhbət may ayının əməkhaqqısından və "Neftçi", "Qəbələ" görüşlərindəki bərabərliyə görə vəd olunan mükafatlardan gedir.
Rəsmilər hər dəfə futbolçulara borcların veriləcəyi ilə bağlı vəd versə də, arxada qalan 2 ayda həmin vəd reallığa çevrilməyib.
Son günlərə kimi oxşar problem Premyer Liqanın digər klublarından "Kəpəz" və "Sumqayıt"da hökm sürürdü.
Səbəb AFFA-nın klubların hesabına köçürməli olduğu pulu ləngitməsi idi.
Lakin bir neçə gün əvvəl AFFA ötən ildən klublara ödəməli olduğu ödənişləri edincə adıçəkilən komandaların rəhbərliyi futbolçulara olan borclarını tam bağlayıb.
"Şamaxı"dan isə yenə səs çıxmayıb. Məhz bu addım futbolçuların səbrini daşıran son damla olub.
Klubdan ümidləri kəsilən, çarəsiz qalan sabiq "Şamaxı"lılar AFFA-ya üz tutmağı düşünürlər. Ki, problemin əsl səbəbini aydınlaşdırsınlar.
Yəqin ki, yaxın günlərdə futbolçular federasiyanın baş katibi Sərxan Hacıyevlə görüşəcəklər.
Görüş üçün baş katibə müraciət ünvanlanıb.
Futbolçular görüşdə qurum rəsmisindən borclarının verilməsində yardım etməyi xahiş edəcəklər.//SPORTİNFO.AZ
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ