İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan klubu NBA çempionunun oğlunu transfer edib

"Olimpik Şəki" klubu qış transfer pəncərəsində heyətini yeni basketbolçu ilə gücləndirib.

Azərbaycan Basketbol Federasiyasından "Report"a verilən məlumata görə, bölgə təmsilçisi Larri Robinsonu transfer edib.

İdmançının özü ilə eyni ad-soyadı daşıyan atası Larri Robinson 1993/1994 mövsümündə əfsanəvi "Hyuston Rokets"də Milli Basketbol Liqasının (NBA) çempionu olub.

Qeyd edək ki, Larri Robinson sonuncu görüşdə "Sabah" klubuna qarşı 18 xal və 2 asist ilə komandasının ən məhsuldar basketbolçusu seçilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR