Onlayn ictimai-siyasi qəzet
Azərbaycan güləşçilər Belarusun paytaxtı Minskdə keçirilən sərbəst güləş üzrə Aleksandr Medved turnirində 8 medal qazanıb.
Güləş Federasiyasının mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Cəbrayıl Qadjiyev (74 kq), Arseniy Djioyev (86 kq) və Abubakr Abakarov (92 kq) qızıl, Orxan Abasov (79 kq) gümüş, Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) bürünc, medal əldə edib.
Qeyd edək ki, komanda ənənəvi yarışda baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında mübarizə aparıb.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ