Onlayn ictimai-siyasi qəzet
Azərbaycan millisinin Bakıda “FIFA series - Edition 2024” layihəsi çərçivəsində keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.
Bu barədə milli assosiasiya məlumat yayıb.
Bildirilib ki, yığmamızın Tanzaniya ilə ilk oyununu türkiyəli FIFA referisi Zorbay Küçük idarə edəcək.
Bolqarıstanla matçda isə estoniyalı hakim Kristo Tohver söz sahibi olacaq.
Tanzaniya - Bolqarıstan matçını Əliyar Ağayev, Tanzaniya - Monqolustan qarşılaşmasını isə Elçin Məsiyev idarə edəcək.
22 mart
17:00. Tanzaniya - Bolqarıstan
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabbarov (hamısı Azərbaycan).
“Liv Bona Dea Arena”
20:00. Azərbaycan - Monqolustan
Hakimlər: Zorbay Küçük, Mehmet Emin Tuqral, İbrahim Çağlar Uyarcan (hamısı Türkiyə), Fəridə Lütfəliyeva (Azərbaycan).
Tofiq Bəhramov adına Respublika stadionu
25 mart
17:00. Tanzaniya - Monqolustan
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov (hamısı Azərbaycan).
“Liv Bona Dea Arena”
20:00. Azərbaycan - Bolqarıstan
Hakimlər: Kristo Tohver, Sander Saqa, Sten Klaasen (hamısı Estoniya), İnqilab Məmmədov (Azərbaycan).
Tofiq Bəhramov adına Respublika stadionu
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ