İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan enerji təhlükəsizliyinin qarantıdır” - Adil Əliyevin yazısı

Azərbaycan təbii qazdan və digər faydalı qazıntılardan səmərəli istifadə etməklə bir vaxtda həm də enerji təchizatçı kimi Avrasiyada etibarlı tərəfdaş olaraq tanınır. Ölkəmizin təbii qazı tədarük etdiyi 8 ölkədən 6-sı məhz Avropada yerləşir. Bu xüsusat dövlətimizin artan nüfuzu baxımından olduqca vacibdir, eləcə də ölkəmizlə iqtisadi, siyasi əlaqələrin qurulmasına xüsusi töhfə verir. Bu sahədə aparılan genişmiqyaslı işlər nəticəsində ölkəmiz enerji təhlükəsizliyinin qarantı olaraq dünyada məşhurlaşıb.

Azərbaycanın qazının Avropa bazarına çatdırılması ilə əlaqədar icra olunan layihələr çərcivəsində Cənub Qaz Dəhlizi ilə 3500 km daşıma xətti çəkilib, nəticədə təbii qazımız bu bazara çatdırıldı. Bu layihənin icra edilməsi ilə Azərbaycan enerji təhlükəsizliyinin qarantı olmaqla bərabər Avropa bazarında söz sahibi olmağa başladı. Hazırda müxtəlif Avropa ölkələri interkonnektorlar vasitəsilə Dəhlizə daxil olur, təbii qaz bazarı daha da genişlənir.

Təbii ki, ölkəmizin bu faydalı qazıntıya sahib olması, eyni zamanda ondan səmərəli istifadə etməsi bir çox nüfuzumu artırır. Bununla bağlı ölkəmizdə böyük potensial var, “Ümid” yatağının istismar olunduğu bir vaxtda “Abşeron” layihəsinin də illik hasilatın 1.5 milyard kubmetr həcmində olması təsdiq olunub.

Eləcə də, Prezident İlham Əliyev ölkəmizdə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışı zamanı bildirdi ki, neft ixracımızın mənbəyi olan “Azəri-Çıraq-Günəşli”də təbii qazın hasilatı gözlənilir. Sözügedən prosesin davam etməsi zamanı hasilatın əlavə olaraq 4-5 milyard kubmetr həcmində artırılması mümkün olacaq. Potensialdan düzgün istifadə nəticəsində daxili bazarın tələbatı ən yüksək səviyyədə ödənilir və xarici ölkələrə satış həyata keçirilir. Neft və təbii ehtiyatların satışından əldə olunan gəlir nəticəsində ölkəmizdə yoxsulluğun səviyyəsi 50%-dən 5% endi, gənclərimizin dünyanın ən nüfuzlu Universitetlərində dövlət hesabına təhsil alması mümkün oldu və digər vacib sosial layihələr hazırda da icra edilməkdədir.

Ölkəmiz təbii qazdan səmərəli istifadəni və ixracı həyata keçirməklə bərabər bu sahədə bazarlarda pay sahibi olmağa, etibarlı tərəfdaş kimi tanınmağa davam edir. Bu sahədə görülən işlərin davamı olaraq Trans-Balkan boru kəmərindən istifadəyə razılıq əldə olunub. Qardaş Türkiyə vasitəsilə ölkəmizin qoşulacağı bu kəmər təbii qazın satışı istiqamətində şaxələndirmə işinə xüsusi töhfə verəcəkdir.

Azərbaycan təbii qazın çıxarılması, istifadəsi ilə bir vaxtda alternativ enerjiyə böyük önəm verir. Bu sahənin inkişafını, yaşıl enerji kimi vacib məqalar dövlət siyasətimizin gündəliyində xüsusi yer tutur. Bərpa olunan enerjiyə xüsusi diqqət ayrılır, alternativ enerji mənbələri təsis olunur. Bu məqsədlə də ölkəmizdə bərpaolunan enerji ehtiyatlarında Birləşmiş Ərəb Əmirliklərindən “Masdar”, Səudiyyə Ərəbistanından “ACWA Power” və sair şirkətlər yaxından iştirak edirlər. Görülən işlərin əsas hədəflərindən biri də “Qara Dəniz Yaşıl Kabel” layihəsindən istifadə edərək, Avropada həm də yaşıl enerjinin önəmli ixracatçılarından biri olmaqdır.

Dövlət başçısının müvafiq Sərəncamına əsasən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması həm də yaşıl enerji kimi mühüm məsələyə verilən diqqətin təzahürüdür. Dünyada çox azsaylı ölkə var ki, həm enerji resursları ilə əlaqədar qazıntı işləri aparsın, paralel olaraq da yaşıl enerji kimi vacib məsələni ön planda saxlasın. Bu məqsədlə ölkəmizdə görülən işlər nəticəsində gələcəkdə yaşıl enerji kimi meqa layihələrin şahidi olacağıq. Ölkəmizdə yaşıl enerjiyə, təbiətin qorunmasına ayrılan diqqət beynəlxalq aləmdə də xüsusi rəğbət görür.

Dövlət başçısı bu gün "Euronews” televiziyasına verdiyi müsahibə zamanı bir daha yaşıl enerji məsələsinə diqqət çəkərək bildirdi ki, ölkəmizin kifayət qədər təbii ehtiyatları var və ənənəvi ehtiyatlarımız hələ uzun illər istismarı mümkündür. Lakin, elə bu sahədən qazandığımız gəliri yaşıl enerjiyə yatırmaqla bərpaolunan enerjiyə verdiyimiz xüsusi töhfədir. Məhz Azərbaycanın bu sahədə atmış olduğu addımlar digər dövlətlər üçün nümunəyə çevrilməli və iqlimin qorunmasında bərabər iştiraka cəlb olunmalıdırlar.

2021-ci ildə qəbul olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də rəhbər tutulmuş 5 əsas istiqamətdən biri də ölkəmizin təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsidir. Bu sahədəki işlər davam edir və bu gün ölkəmiz COP-29 kimi mötəbər tədbirə evsahibliyi etməyə haqq qazanıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusunun bu il Bakı şəhərində keçirilməsi n beynəlxalq ictimaiyyətin yekdil qərarı ilə bizə həvalə olunub. Bu isə Azərbaycanın dünyada artan nüfuzunun nəticəsi, qazandığı qələbənin beynəlxalq ictimaiyyət tərəfindən bir daha tanınmasıdır.

Məhz COP-29-un keçirilməsinin rəsmi Bakıya həvalə edilməsi zamanı bir sıra QHT-lər və media orqanları qərəzli “hücumlara” keçdilər ki, Azərbaycan qazıntı yanacağından istifadə edir. Lakin, indi hər kəs başa düşür ki, ölkəmiz qazıntı yanacağından istifadə etməklə bir vaxtda yaşıl enerji kimi aktual məsələyə gündəliyində xüsusi önəm verir. Bu sahəyə xüsusi diqqət ayıran azsaylı ölkələrdən biridir. Təbiətin qorunması, iqlim dəyişikliklərinə dair qlobal təşəbbüsləri prioritet hesab edir, yaşıl enerjiyə xüsusi töhfə verməyə davam edir.

WhatsApp Image 2024-03-02 at 13.09.31.jpeg (188 KB)

Adil Əliyev,
Vitse-spiker

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR