İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan cüdoçuları son gündə bir dəst medal qazanıblar

Azərbaycanın cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 100 kq-da çıxış edən Zelim Kotsoyev hamıdan güclü olub.

O, qızıl medal uğrunda qarşılaşmada niderlandlı Mixael Korrelə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri isə monqolustanlı Tsetsensengel Odxugiyn ilə mübarizədə məğlub olaraq gümüş medala yiyələnib.

90 kq-da yer alan Məmmədəli Mehdiyev isə bürünc medal uğrunda görüşdə braziliyalı Rafael Makedondan üstün olub.

Yarışın son günündə mübarizəyə qoşulmuş digər Azərbaycan cüdoçusu Camal Qamzatxanov (+100 kq) isə 1/8 finalda uduzaraq medalsız qalıb.

Qeyd edək ki, daha əvvəl 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov gümüş medal qazanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR