Onlayn ictimai-siyasi qəzet
“Məlum olduğu kimi, Ermənistan hələ də Azərbaycanın 8 kəndini işğal altında saxlayır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bu kəndlər mütləq azad olunmalıdır. Ermənistan tərəfi ilə keçirilən bütün görüşlərdə bu məsələ Ermənistan tərəfinin diqqətinə çatdırılıb. Ermənistanın başqa yolu yoxdur”.
Deputat Ceyhun Məmmədov bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib. Millət vəkilinin sözlərinə görə,
Ermənistanda 4 kəndi Azərbaycana verməklə bağlı gedən müzakirələr də təsadüfi deyil: “Ermənistan müxalifəti bu məsələdən Paşinyan əleyhinə istifadə etməyə çalışsa da, Ermənistan anlayır ki, Azərbaycanın mövqeyi dəyişməyəcək. Düşünürəm ki, danışıqlar vasitəsilə Azərbaycan bu kəndlərin boşaldılmasına nail olacaq. Əks halda, yenidən münasibətlər kəskinləşə və bundan ən çox Ermənistan əziyyət çəkə bilər”.
C.Məmmədov Azərbaycanın rəsmi mövqeyinə diqqət çəkdi: “Bu gün də cənab Prezident açıqladı ki, Azərbaycanla Ermənistan heç zaman sülhə bu qədər yaxın olmayıblar. Hazırda bölgədə proseslərin necə gedəcəyi Ermənistandan asılıdır. Ermənistan Azərbaycanın şərtlərin qəbul etməli, münasibətlərin kəskinləşməsindən çəkinməlidir”.
Deputat təəssüflə qeyd etdi ki, sülh prosesində iştirak edən Ermənistan digər tərəfdən əsgər yığır, xaricdən davamlı silah alır: “Hindistanla birgə hava dəhlizinin yaradılması ciddi məqsəd və niyyətlərdən xəbər verir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan Ermənistan daxilində özünə təhlükə yarada biləcək bütün hədəfləri məhv edəcək”.
ELŞAD,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ