İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan AXC-nın varisidirsə niyə 1918-1920-ci illərdəki sərhədlər məsələsi qaldırılmamalıdır?”-Qafar Çaxmaqlı

 

“Azərbaycanın sülh sazişinin prinsipləri ilə bağlı göndərdiyi 5 maddəlik təklifi Ermənistan hələ öyrənir. Bu, indinin özündə belə vaxt uzatmaqdır və həmin prinsiplərin qəbul edilməsi əslində Ermənistanın özünün xeyrinədir”.

Politoloq Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında söyləyib. Ekspert qarşı tərəfin ənənəvi qaydada, məkrli mövqe sərgiləyəcəyinə şübhə etmir: “Ermənistan cəhd edəcək ki, 1991-ci il 8 dekabr Almaatı bəyannaməsi ilə elan olunmuş ərazilərin tanınmasını istəməkdədir, bu isə artıq cığallıq deməkdir, vaxt uzatmağa yönəlmiş növbəti hiylədir. Ermənistan indi Qarabağda yaşayan ermənilərin "taleyinə" qarışmağa cəsarət etmir, həmin 1991-ci il iki ölkənin ərazi bütövlüyünü tanıması ilə bağlı cəfəng sənədi ona görə ortaya atır ki, gələcəkdə Qarabağla bağlı yeni iddialar səsləndirə bilsin.

Ermənistanda deyirlər ki, sözdə “Dağlıq Qarabağ Respublikası” bu sənəddən əvvəl öz müqəddəratını həll edib və referendum yolu ilə müstəqilliyini elan edib. Bu ayrı bir danışıq mövzusu olmalıdır... Bununla bağlı isə beynəlxalq təşkilat və ayrı- ayrı tərəfdar ölkələrdə diplomatik iş aparılmaqdadır. Müqavilə bağlanandan sonra yenə bu məsələnin həll olunmadığı siyasətini davam etdirəcəklər. Ona görə sərhədlərin müəyyənləşməsində 1991-ci il söhbəti rədd edilməlidir.

Əhali məsələsi ön plana çəkiləcəksə, 1988-ci ildə indiki Ermənistan ərazisindən qovulan yüz minlərlə əhalinin geri dönüşü ortaya qoyulmalıdır. Bu isə SSRİ-nin mövcud olduğu zaman olduğundan danışıqların predmeti SSRİ dövründə olan hadisələr də ələ alınmalıdır. Bir də Azərbaycan AXC-nın varisidirsə, nədən 1918-1920-ci illərdəki sərhədlər məsələsi qaldırılmamalıdır?”

Q.Çaxmaqlı erməni mediasında N.Paşinyanın Nobel sülh mükafatına namizəd ola biləcəyi haqda yazılanlara da münasibət bildirdi: “Nobel sülh mükafatının Paşinyana verilməsi barədə iddialar gülməlidir. Paşinyan təcavüzkar bir ölkənin başçısı olub və müharibədən əvvəl Azərbaycan qarşı işğalçılıq siyasətinin daşıyıcılarından biri olub. Faktiki bu müharibənin başlanmasının səbəbkarı idi. Azərbaycanın verdiyi şəhidlərin əli qanına batıb. Ayrıca iki ildir ki, sülh prosesinin başa çatmasına mane olan şəxsdir. Ona sülh mükafatının verilməsi gülünc olardı, bu, ermənilərin xəstə təfəkkürünün məhsuludur”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR