İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev seçicilərilə görüşdü, problemlərin həllinə dair göstəriş verildi

Bu gün deputat Azay Quliyev 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 1/2, 3c, 3/33, Kunanbayev küçəsi 2, 4, 5, 5b, 6, 3, 7a, 7b, 10, 12, 14, 16, 4, 66, 70, 76, 5/34, 5v, saylı binaların həyətində seçiciləri ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, seçicilər onları narahat edən məsələləri deputatın diqqətinə çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.
Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.
Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdir müavini Cahandar Axundov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi Mübariz Məmmədov iştirak edib.

Musavat.com

999e9c43-b0a1-4f87-a9ab-e84434324a26.jpg (91 KB)

a7dda54e-9a78-4992-bfb0-49879c20e8d5.jpg (92 KB)

b4d005eb-581b-4e35-9359-71351e1bcb95.jpg (86 KB)

c040ce4c-6c11-4299-b4f4-8ca3bbc2ffba.jpg (77 KB)

esas.jpg (89 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR