İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: “Gənclər Ulu Öndərin dövlətçilik məfkurəsini daha dərindən araşdırmalıdır”

Bu gün Binəqədi rayonu 276 saylı tam orta məktəbində “Heydər Əliyev ili” çərçivəsində “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusuna həsr olunmuş konfrans keçirilib.

Musavat.com-un xəbərinə görə, konfransı giriş sözü ilə açan məktəbin direktoru Bəhram Şiriyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən tədbirlər haqqında məlumat verib.

Sonra Binəqədi rayonunun deputatı Azay Quliyev konfransda çıxışı zamanı bildirdi ki,  müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərinin və siyasi irsinin yeni nəsil, xüsusilə gənclər daha dərindən araşdırmalı və öyrənməlidir: “İdarəetmənin ustadı,  “siyasət nəhəngi”, güclü xarizmatik şəxsiyyət,  qlobal düşüncəli və fenomenal dövlət xadimi olan Heydər Əliyev haqqında danışmaq həm böyük şərəf, həm də ciddi məsuliyyətdir.  Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın və o vaxtkı hakimiyyətin təkidli tələbi ilə hakimiyyətə dəvət olunandan sonra tarixi xilaskarlıq və qurtuluş savaşına başladı. Qurtuluş missiyasını qısa xarakterziə etsək deyə bilərik ki, Ulu Öndər ilk növbədə, dövlətin və dövlətçiliyin itirilməsi təhlükəsinin qarşısını aldı, ölkədə siyasi sabitliyi təmin etdi, milli dövlətçilik ənənələrini bərpa etdi, dövlət müstəqilliyini əbədi və dönməz etdi, hüquqi dövlətin etibarlı əsaslarını qoydu, iqtisadi müstəqilliyin təmin olunması strategiyasını formalaşdırdı, milli və nizami ordu yaratdı, Azərbaycanı dünyaya tanıtdı, Azərbaycanda vətəndaş cəmiyyəti və siyasi institutları formalaşdırdı, xalqı birləşdirən azərbaycançılıq məfkurəsini yaratdı, dünya azərbaycanlılarının həmrəyliyinə nail oldu, müstəqil Azərbaycanda parlamentarizmin əsasını qoydu, gələcək nəslə Azərbaycanın yüz illər boyu inkişafını və müstəqilliyinı təmin edən çox dəyərli siyasi miras, siyasi məktəb və siyasi kurs ərməğan etdi və sadalaya bilmədiyimiz onlarla tarixi əsərlərə imza atdı.

Ulu Öndər Heydər Əliyev hadisələrə praqmatik yanaşırdı, tarixi şəraiti düzgün təhlil edirdi, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul etməyi bacarırdı. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Heydər Əliyev bütün siyasi mübarizələrdə hər zaman qalib gəlməyi bacaran, ölkəmizin milli maraqlarını hər şeydən uca tutan nadir dövlət və siyasət adamı kimi tarixdə əbədiyyən yaşayacaq.

Heydər Əliyev universal biliyi, qətiyyəti, işgüzarlığı, qeyri-adi yaddaşı, dəmir səbri, təmkinlə dinləmək bacarığı, uzaqgörənliyi, mahir diplomat səriştəsilə həmsöhbətinə təsir etmək gücünə malik idi. Bu ali keyfiyyətləri sayəsində dünyanın ən tanınmış siyasətçiləri belə Ulu Öndərin dəmir məntiqini qəbul edir və onunla hesablaşırdılar”.

Azay Quliyev daha sonra bildirdi ki, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli siyasi varis, qətiyyətli lider yetişdirməsidir.  Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir.  Ata və Ulu Öndər vəsiyyətini böyük fədakarlıqla yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev  azad edilmiş torpaqları yenidən dirçəldir və Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

Daha sonra YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış etdilər.

WhatsApp Image 2023-04-19 at 16.34.37.jpeg (62 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR