İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL sərnişinləri üçün onlayn qeydiyyat imkanlarını genişləndirir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) onlayn qeydiyyatdan keçmə müddətini artırıb.

Musavat.com AZAL-a istinadən xəbər verir ki, indi sərnişinlər əvvəlki 24 saat əvəzinə, uçuşa 48 saat qalmış qeydiyyatdan keçə bilərlər.

Beləliklə, AZAL öz sərnişinlərinə əlavə üstünlüklər təqdim etməyə və onların səyahət təcrübəsini yaxşılaşdırmağa çalışır.

Onlayn qeydiyyat vaxtının 48 saata qədər uzadılması sərnişinlərə daha çox rahatlıq və çeviklik təmin edəcək. Bu xidmət onlara səyahətlərini daha diqqətlə planlaşdırmağa kömək edəcək.

Onlayn qeydiyyat sərnişinlərə əvvəlcədən təyyarənin göyərtəsində oturacaq seçməyə və hava limanında qeydiyyat üçün növbələrdən yayınmağa, bununla da vaxta qənaət etməyə imkan verən rahat xidmətdir.

Onlayn qeydiyyatdan keçmək üçün sərnişinlər aviaşirkətin www.azal.az rəsmi saytına daxil olmalıdırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR