İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL-ın sərnişinlərini xilas edənlər mükafatlandırıldı

AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinin sərnişinlərinin xilas edilməsində iştirakına görə bu ölkənin Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı, həkimlər, polislər, Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının əməkdaşları dövlət mükafatlarına layiq görülüblər.

Manqistau Vilayəti Administrasiyasının rəhbəri Nurdaulet Kilıbay Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamına əsasən, 19 nəfərə orden və medalları təqdim edib. Daha 51 nəfərə təşəkkürnamələr alıb.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb. (Report)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR