İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL Fərqanəyə uçuşlara başlayır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) dekabrın 15-dən Özbəkistanın Fərqanə şəhərinə uçuşlara başlayacaq.

Musavat.com AZAL-a istinadən xəbər verir ki, aviareyslər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.

Azərbaycanın milli aviadaşıyıcısı həmçinin Özbəkistanın Daşkənd və Səmərqənd şəhərinə uçuşlar həyata keçirir. Reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul edilir.

Azərbaycan və Özbəkistana giriş qaydaları haqqında ətraflı məlumatı aviadaşıyıcının saytından, "Giriş qaydaları" bölməsindən əldə etmək olar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR