İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad Şabanovun sosial mesajlarla dolu “Bir əsər”i - Fotolar

Müğənni Azad Şabanov konsert proqramı ilə çıxış edib.

Musavat.com xəbər verir ki, Heydər Əliyev Sarayında baş tutan “Bir əsər” adlanan gecə muzikl xarakteri daşıyıb.

Konsertdə həm şou nömrələr, həm də rəngarəng səhnəciklər təqdim olunub.

Konsertdə həm də sosial mesajlar yer alıb. “Dua” adlanan əsərdə Azad qadın və uşaq zorakılığı mövzusuna toxunub. O, səhnədən tamaşaçılara sosial mesajlar ötürüb.

Konsertdə müğənninin tərəf müqabili Əməkdar artist, istedadlı aktrisa Həcər Ağayeva olub.

Rəqqaslarla və xüsusi şou ilə çıxış edən Azad Şabanov konsertdə hitlərini, həm də Azərbaycan klassik və müasir bəstəkarların mahnılarını canlı səsləndirib.

“Bir əsər” musiqili tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könül, ssenari müəllifi Əməkdar artist Nicat Kazımov, quruluşçu xoreoqraflar Əməkdar artist Bəhruz Vagifoğlu, Əməkdar artist Nailə Məmmədzadə və Emin Hüseynov idi.

Layihənin icraçı prodüseri isə Zemfira Bağırova olub.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 May 2025

BÜTÜN XƏBƏRLƏR