Onlayn ictimai-siyasi qəzet
"Əvəllər ailələr xeyir işləri üçün kredit götürürdülər. İndi isə yas mərasimi üçün götütürlər. İnsan bilmir ölüsü ilə məşğul olsun, yoxsa camaatı yola salsın. Camaat gəlib aş gözləyir. Bu düzgün olan bir şey deyil. Başsağlığı üçün gəlmisən, qarnını doyurmağa yox".
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyib. O, yas mərasimində yemək verməyən ailələrin qınaqla üzləşdiyini də qeyd edib:
"Qınayanlar var, amma başınıza gələndə biləcəksiniz. Qarğış mənasında demirəm. Çünki hər bir ailədə baş verə biləcək hadisədir. Qınamaq ayıbdır. Elə insanlar var ki, deyir nahara yasa gedəcəyəm, qəşəng yeyib gələcəyəm. Yasda ən yaxşısı çay, halva, qənd və konfet verməkdir. Çünki insanlar onsuz da mənəvi yükün altındadır, üstəgəl də maddi yükün altına girirlər ki, qonşu filankəs "atasının yasında yemək vermədi" deməsin".
Musavat.com
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ