Onlayn ictimai-siyasi qəzet
Bir neçə gün əvvəl özünə təmtəraqlı doğum günü keçirən Əməkdar artist Firuzə İbadovanın məclisində mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətovanın çıxışı hər kəsi göz yaşlarına boğub.
Musavat.com bizim.media-ya istinadən bildirir ki, mərhumun bacısı İbadova ilə səhnədə qucaqlaşaraq Aygünün repertuarının şah əsəri olan "Tut ağacım" mahnısını ifa edib.
Diqqət çəkən məqam isə sözügedən bəstənin nəqarət hissəsində mərhumun səsinin olması olub.
Zümrüd nəğməni səsləndirərkən Firüzə ilə birlikdə kövrələrək göz yaşlarına boğulublar.
Həmin anlar məclisdə iştirak edən qonaqlar tərəfindən çəkilərək sosial şəbəkədə yayılıb.
Həmin görüntüləri sizə təqdim edirik:
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ