Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleunun saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Musavat.com xəbər verir ki, bu barədə Astanadakı vəziyyətlə tanış olan mənbə "KazTAG" nəşrinə bildirib.
"Məlumatlar tamamilə saxtadır və Nurtleunun saxlanılması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir", – deyə mənbə vurğulayıb.
Qeyd edək ki, “Orda.kz” nəşri Murat Nurtleu, iş adamı Hacı Hacıyev və Milli Təhlükəsizlik Komitəsinin bir neçə yüksək rütbəli zabitin saxlanıldığını iddia edib.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ