Onlayn ictimai-siyasi qəzet
Pekində keçirilən hərbi parad zamanı Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında maraqlı bir söhbət gedərkən mikrofonlar açıq qalıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, iki lider parad meydanına doğru hərəkət edərkən orqan transplantasiyası və insanların uzun ömür sürmək - 150 il yaşamaq imkanları barədə danışıb.
Putin daha sonra jurnalistlərə bu söhbəti təsdiqləyib və bildirib ki, Si Cinpin tibbin insan ömrünü uzatma potensialına inandığını vurğulayıb.
Parad zamanı Si Cinpin isə sülh və müharibə arasındakı mürəkkəb vəziyyətə diqqət çəkərək, Çinin hipersəs sürətli raketlər və pilotsuz dəniz sistemləri də daxil olmaqla yeni hərbi texnologiyalarını nümayiş etdirib.
Rusiya Prezidenti Vladimir Putin Pekində mətbuat konfransında Azərbaycanla bağlı açıqlamasında iki ölkə arasında münasibətlərdə ciddi sualların olduğunu ilk dəfə etiraf edib. Putinin bu suallar barədə detallı danışmadan, “Rusiya və Azərbaycan arasında fundamental münasibətlər və bunun inkişafı üçün qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq” cümləsi ikibaşlıdır. Rusiya prezidenti sanki bununla iki ölkə arasında illər uzunu formalaşan isti münasibətlərə eyham vurur, o biri tərəfdən “qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq” cümləsiylə münasibətlərdəki gərginliyə görə məsuliyyətdən uzaqlaşmağa çalışır.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O vurğulayıb ki, münasibətlər, Putinin təbirincə desək, öz-özünə yoluna qoyula bilməz:
“Putin raketlə vurulan təyyarə olayına aydınlıq gətirməlidir. O, bu məsələni araşdırmağı lazım bilmirsə, siyasi münasibətlər necə əvvəlki axarına qayıda bilər? Birinci addımı Putin atmalıdır. Ancaq o, bu addımı atmağa hələ hazır deyil, əks halda azərbaycanlı həmkarı İlham Əliyevlə Pekində salamlaşmadan əlavə müzakirə aparmağı da lazım bilərdi. Putinin açıqlamalarından bir gün sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın brifinqdə “Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər” söyləməsi Kreml sahibinin əsl niyyətini ortaya qoyub. Sən demə, Putin İlham Əliyevin ilk addım atmasını gözləyir”.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ