Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın nümayəndəsi tərəfindən Moskvaya çatdırılan mesajları yüksək qiymətləndirib.
Musavat.com xəbər verir ki, Putin bildirib ki, Trampın nümayəndəsi Uitkoff Moskvanın mövqeyini dəqiq və dürüst şəkildə ABŞ tərəfinə ötürür:
“Mən tam əminəm ki, Uitkoff mənimlə və digər Rusiya rəhbərliyi üzvləri ilə əlaqələrində məhz Amerikanın Prezidenti Trampın mövqeyini çatdırır, başqa bir mövqeyi deyil. Bizim Ankoricdəki görüşlərimiz göstərdi ki, o, prezident Trampa Rusiya tərəfinin mövqeyini tam dəqiqliklə təqdim edir. Tənqid edənlər yalnız bu mövqeyə, həmçinin Trampın öz mövqeyinə də qarşı olan şəxslərdir. İşin əsası budur”, — deyə Putin əlavə edib.
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ