İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan XİN rəhbərinin saxlanılmasını təkzib etdi - RƏSMİ

Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzi xarici işlər naziri Murat Nurtleu və iş adamı Hacı Hacıyevin saxlanılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Musavat.com xəbər verir ki, bu barədə "Tengrinews.kz" məlumat yayıb.

"Gülnar Bajkenovaya məxsus resurslarda ("Orda" və "Bajkenova") Murat Nurtleu və Hacı Hacıyevin saxlanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil", - Mərkəzin açıqlamasında deyilir.

Mərkəz həmçinin vurğulayıb ki, bilərəkdən yayılan yalan məlumatlar ictimai inamı sarsıdır və baş verən hadisələr barədə təhrif olunmuş təsəvvür yaradır. Vətəndaşlar yalnız təsdiqlənmiş rəsmi mənbələrə etibar etməyə çağırılır. Qazaxıstan qanunvericiliyinə görə yalan məlumatın yayılması və onun yayılmasına kömək cinayət məsuliyyətinə səbəb ola bilər.

Xatırladaq ki, bu gün bəzi KİV və Telegram kanallarında baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu və digər şəxslərin saxlanılması xəbəri yayılıb. Məlumatlara görə, saxta xəbərlər yayanlarla bağlı məhkəməyə müraciət hazırlanır.

Qeyd edək ki, Dezinformasiya ilə Mübarizə Mərkəzi avqustun 1-dən Qazaxıstan Prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin strukturunda fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi yalan məlumatları aşkar etmək və təkzib etmək, vətəndaşları obyektiv və yoxlanılmış məlumatlarla təmin etməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR