İnsanlara hürriyət, millətlərə istiqlal!

Aygün Attar: Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara qarşı təzyiq və təqibləri kəskin şəkildə tənqid edib.

Musavat.com xəbər verir ki, o, bu barədə “X”dəki paylaşımında yazıb.

“Rusiyada Azərbaycan türklərini dövlətin əli ilə qətlə yetirənlər kimdən təlimat aldılar? Bir ailədən dörd nəfərin Rusiya xüsusi təyinatlıları tərəfindən evlərinə basqın zamanı öldürülməsi nə deməkdir? Ey qara vicdanlı Putin (Rusiya Prezidenti Vladimir Putin-red.) xalqların həbsxanası olan SSRİ üçün darıxırsan?", - Attar qeyd edib.

O, vurğulayıb ki, Rusiyada əslində qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb:

"Mən bütün insanları, xüsusən də Rusiyada yaşayan üç milyona yaxın azərbaycanlını etiraz etməyə dəvət edirəm. Mən Kremli, onun rus şovinizmini, separatçı münasibətini və islamafobik yanaşmasını qətiyyətlə pisləyirəm!”.

O əlavə edib ki, eyni dinə, dilə və kökə malik olan slavyan Ukraynasına qarşı vəhşicəsinə hücumlar Putini dayandıra bilməyib: “Çünki o, Stalini təqlid edərək qeyri-rusların yaşamaq hüququnu tanımayan amansız siyasətini davam etdirir. Ukraynaya döyüşə göndərilmək üçün Yekaterinburq şəhərində evlərinə Rusiya kəşfiyyatı tərəfindən basqın edilən və etiraz etdikləri üçün ailələrinin gözü qarşısında döyülərək öldürülən soydaşlarımıza Allah rəhmət etsin, bu terror aktını törədənlərə lənət olsun!”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR