İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayaz Mütəllibovun vida mərasiminin keçiriləcəyi yer məlum oldu

Ötən gecə 84 yaşında dünyasını dəyişən eks-prezident Ayaz Mütəllibovun dəfn mərasimi ilə bağlı hazırlıq prosesi başlayıb.

Musavat.com bildirir ki, hazırda mərhumun evinə ailə üzvlərindən başqa heç kəs buraxılmır. Yaxınlarının verdiyi məlumata görə eks-prezidentlə vida mərasimi saat 13:00-da  Şəhriyar adına Mədəniyyət Mərkəzində təşkil olunacaq. Daha sonra mərhum  I Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, eks-prezidentin dəfn mərasimi Birinci Vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə həyata keçirilir.

Xatırladaq ki, 84 yaşında dünyasını dəyişən Ayaz Mütəllibov uzun müddətdir ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi.

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra 1992-ci il martın 6-da istefa verib. Həmin vaxtdan etibarən 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycana qayıdıb.

27261f72-af0d-4861-82d8-2896500d1251.jpg (69 KB)


Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR