İnsanlara hürriyət, millətlərə istiqlal!

"Axmaq hərəkət edirəm, içki içirəm, necə Quran oxuyum?" - Pərvin Abıyeva

Aktrisa Pərvin Abıyeva öz sosial şəbəkə hesabında canlı yayım zamanı maraqlı fikirlər səsləndirib.

Aktrisa Qurana əl vurmağa qorxduğunu deyib.

“Quran oxumağa çəkinirəm. Özümü nəinki ona layiq bilmək, hətta əlimə alıb oxumaq üçün çirkli hesab edirəm. Mənim üçün Quran, din o qədər önəmlidir.

Bəzən içki içirəm, axmaq hərəkət edə bilərəm, əlim istər-istəməz kirlənir. Əgər Quran oxuyursansa, namaz da qılmalısan. İçki içməməlisən. Necə Quranı oxuyum, sonra açıq geyinim, kluba gedim, çimərlik geyimi ilə dənizə yollanım?”, - deyə o bildirib.

Müğənni dediklərinin saxta din adamlarına aid olduğunu bildirib:

“Dediklərim, bir az da indiki saxta hacılara aiddir. Həccə gedib, başqası ilə gəzir, arvadı evdə gözünün yaşını tökür. Özü isə restoranda qoluna taxıb müğənniləri. Gözümlə şahidi olmuşam. Hacıdır, iki müğənni sevgilisi var, eyni masada otururlar”. (Lent.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR