İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtoxuliqanlıq edənlər həbs olundu - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində hərəkətdə olan "Xəzər" markalı avtomobillə yol hərəkəti qaydalarını pozan, "VAZ-2107" markalı avtomobillə isə avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hər iki sürücü - Cavid Əsgərzadə və İsmayıl Məcidov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər məhkəməsinə göndərilib.

Məhkəmənin qərarları ilə onlar 25 sutka inzibati qaydada həbs ediliblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR