İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobilinizi satarkən bunlara DİQQƏT EDİN! – Cərimə ödəməli ola bilərsiniz - VİDEO

İllərdir avtomobil idarə edirsiniz və heç bir qəza törətməmisiniz. Ancaq gün gəlir, uzun müddətdən sonra göz bəbəyi kimi qoruduğunuz avtomobilinizi satmalı olursunuz. Alqı-satqı zamanı özünüzün zəruri bildiyiniz əməliyyatları etdikdən sonra, avtomobilinizin yeni sahibi ilə halallaşıb ayrılırsınız.

Bax elə bu saatdan sonra özünüz üçün müəyyən problemlərin də təməlini qoymuş olursunuz. Necə?

Musavat.com xəbər verir ki, bu barədə “ATV xəbər” araşdırma aparıb.

Deməli, alqı-satqı zamanı satdığınız avtomobilinizlə bütün əlaqələrinizi dayandırmalısınız. Yəni həmin nəqliyyat vasitəsi üzərindəki bütün hüquqi bağlılığınızı ləğv etməlisiniz. Əgər belə olmazsa, avtobilinizin yeni sahibinin avtomobillə törətdiyi müəyyən qayda və yaxud qanun pozuntuları zamanı sizin də müxtəlif problemlərlə üzləşəcəyiniz qaçılmaz olacaqdır.

İlk növbədə bilməli olduğumuz əsas məsələ odur ki, avtomobilinizi etibarnamə ilə satmaqdan uzaq durmalısınız. Əgər satmısınızsa, onda digər sənədləşmə işləri ilə bərabər öz adınıza olan icbari sığorta müqaviləsinə də xitam verməlisiniz. Bu prosesləri yerinə yetirməyən şəxslər gələcəkdə icbari sığorta ilə bağlı müəyyən problemlərlə qarşılaşır.

Təsəvvür edin ki, heç bir qəza törətmədən uzun illərdir ki, avtomobil idarə edirsiniz. Təbii ki, bunun üçün sığorta şirkətləri tərəfindən sizə müəyyən qədər güzəştlər olunmalıdır. Amma bir gün sığorta şirkətlərinə yolunuz düşəndə görürsünüz ki, nəyinki endirim edilmir, əksinə daha artıq ödəniş tələb olunur. Nəticədə aydın olur ki, avtomobilinizin yeni sahibi ard-arda bir neçə qəza törədib və bu qəzalar sizin adınıza yazılıb. Siz isə öz avtomobilinizi sığorta etmək istəyəndə sığorta məbləği 3 dəfəyədək artır.

Ancaq belə problemlərlə üzləşən vətəndaşlar üçün qanunvericiliklə çıxış yolları da mövcutdur. Ekspertlər bildirir ki, belə hallarda zərərçəkən tərəf avtomobilinin alqı-satqı sənədlərini İcbari Sığorta Bürolarına təqdim edib, avtomobilini başqasına satmasını sübut etdikdən sonra problem həllini tapa bilər.

Digər bir məsələ isə iki və daha artıq avtomobilin iştirakı ilə törədilmiş qəza zamanı sürücülərdən forma 4 sənədinin tələb olunmasıdır. Ancaq nəzərə alsaq ki, artıq Dövlət Yol Polisi idarəsi ilə İcbari Sığorta Bürosu arasında qarşılıqlı inteqrasiya yaradılıb. Sığortası olmayan sürücülər elektron qaydada cərimə olunduğu kimi, belə hallarda da müvafiq sənədlər onlayn və dərhal Dövlət Yol Polisİ idarəsindən İcbari Sığorta Bürosuna ötürülər bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR