İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobusun qarşısını kəsib hərəkətinə imkan vermədi- Video

Bu gün sosial şəbəkələrdə Bakıda qadının marşrut avtobusunun qarşısını kəsərək hərəkətinə mane olmasını əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdə sərnişinin yolun hərəkət hissəsində dayanmış nəqliyyat vasitəsinin qarşısını kəsdiyini və sürücülərin sözlərinə məhəl qoymayaraq hərəkətlərinə davam etdiyini görmək mümkündür.

Baş verən hadisə birmənalı qarşılanmayıb. Bir çox insan avtobusların gecikməsi, sürücü özbaşınalığı kimi halların olduğunu deyərək qadına haqq qazandırıb. Digərləri isə onu qınayaraq etdiyi hərəkətin doğru olmadığını bildirib, ictimai qaydalara zidd hərəkət kimi dəyərləndirib.

Məsələ ilə əlaqədar “BakuBus” MMC-nin Mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, hadisə 32 nömrəli marşrut avtobusunun son dayanacağında baş verib: “Xanım sərnişin avtobusa minmək istəyib. Lakin avtobusun yola çıxma dəqiqəsi çatdığı üçün hərəkətə başlayıb. Bundan qəzəblənən sərnişin arxadakı 21 nömrəli marşrut avtobuslarından birinin qarşısını kəsərək onun hərəkətinə mane olmağa çalışıb. Bu məsələdə sürücünün heç bir günahı yoxdur”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR