İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstraliyadan Qüdslə bağlı QƏRAR

Avstraliyanın Qüds şəhərini İsrailin paytaxtı kimi tanımaqdan imtina etməsi ilə bağlı qərarına rəsmi Təl-Əviv sərt təpki göstərib.

Musavat.com xəbər verir ki, bununla bağlı İsrail Xarici İşlər Nazirliyi Avstraliya səfirini çağırıb.

“The Times of Israel” saytının informasiyasına əsasən, səfirə Avstraliya Xarici İşlər Nazirliyinin İsrailin paytaxtının statusu ilə bağlı açıqlamalarının “pafoslu qərar” olduğu bildirilib. Qeyd olunur ki, İsrailin baş naziri Yair Lapid də rəsmi Kanberranın bu məsələ ilə bağlı mövqeyini tənqid edib.

Bundan əlavə, İsrail hakimiyyəti Fələstin dövlətinin Avstraliya tərəfindən tanınması ehtimalından narahatlığını ifadə edib.

Oktyabrın 18-də Avstraliyanın xarici işlər naziri Penni Vonq əvvəlki hökumətin Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının ləğvini təsdiqləyib. Sol mərkəzçi Avstraliya hökuməti hesab edir ki, Qüdsün yekun statusu sülh danışıqları yolu ilə həll edilməlidir. Avstraliya səfirliyinin binası da Tel-Əvivdə qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR