Onlayn ictimai-siyasi qəzet
Avropa Parlamenti növbəti dəfə Aİ hakimiyyətini Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə çağırıb və respublika rəhbərliyini repressiyalarda və öz ölkəsini işğal etməkdə ittiham edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ekspertlərin fikrincə, bu cür bəyanatlar gürcülər arasında Avropaya inteqrasiyanın populyarlığının azalmasına gətirib çıxarır.
Bildirilir ki, Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi 2023-2024-cü illərdə Gürcüstanda baş verən siyasi proseslərə dair hesabatı qəbul edib və orada hakim “Gürcü arzusu” partiyasına qarşı ittihamlar yer alıb. Sənədi 55 deputat dəstəkləyib, 14 deputat əleyhinə səs verib, 4 deputat isə bitərəf qalıb.
Hesabatın müəlliflərindən biri, Avropa Parlamentinin litvalı deputatı Rasa Jukneviçene deyib: “Bu, bir ölkəni bir güllə belə atmadan Rusiyayönümlü hökumətin daxildən necə ələ keçirməsinin nümunəsidir”.
Deputatın sözlərinə görə, seçki saxtakarlığı, hakim partiyanın Aİ-yə mane olmaq qərarı, jurnalistlərin və müxalif siyasətçilərin həbsi, Aİ və onun nümayəndələrinə hücumlar – bunlar hesabatda qeyd olunan faktlardan sadəcə bir neçəsidir”.
Sənəddə qeyd edilir ki, komitə geniş ictimai dəstəyə baxmayaraq, hakim partiyanın Aİ-yə inteqrasiyanı inkişaf etdirmək üçün “tarixi fürsətdən istifadə edə bilmədiyi” üçün “dərin təəssüf hissi” ifadə edir. Avropa Komissiyasının qeyd etdiyi demokratiyanın inkişafı sahəsində əsas doqquz addımda “Gürcüstan irəli getməyib və hətta geri çəkilib”.
Bu, etirazçılara, müxalif siyasətçilərə və tənqidi mediaya qarşı repressiyaları əhatə edir”, -Avropa Parlamentinin üzvləri qeyd edirlər.
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ