İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada qaz 60 dollar ucuzlaşdı

Son bir həftə ərzində Avropada qaz qiymətləri 60 dollar ucuzlaşıb.

Musavat.com-un xəbərinə görə, Londonun ICE birjasında TTF indeksi üzrə qazın qiyməti 10-17 iyul aralığında 17 faizədək aşağı düşüb.

Bu müddətdə min kubmetr qazın alış qiyməti 358 dollardan 298 dollara enib.

Qaz qiymətlərindəki bu ucuzlaşmanın əsas səbəbi Avropanın qaz anbarlarında ehtiyatların sürətli artımıdır. Belə ki, iyulun 17-də anbarlar 81,43 faiz dolu olub. Bu isə o deməkdir ki, 90 faizlik dolum səviyyəsinə Avropa Komissiyasının nəzərdə tutduğu müddətdən – sentyabrdan əvvəl nail olunacaq.

Ekspertlər hesab edirlər ki, anbarlarda 90 faizlik dolum səviyyəsi avqustun sonunadək təmin olunarsa, Avropada qaz qiymətləri 200 dollara qədər ucuzlaşa bilər.

Maraqlıdır ki, hazırda Avropanın əksər iri ölkələrində anomal isti hava müşahidə olunur. Bu havalar kondisionerlərin sutka ərzində daha çox işləməsi demək olsa da, Avropada qaza tələbatda ciddi artım baş vermir. Bunun əsas səbəbi isə külək və günəş enerjisi istehsalındakı artımdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR