İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada parçalanma: Ukraynaya qoşun göndərmək istəmirlər

Parisdə Ukraynaya dəstək sammitindən sonra Fransa prezidenti Emmanuel Makron Avropanın "istəkli koalisiyasının" Kiyevi dəstəkləməyə davam edəcəyini bildirib.

Musavat.com-un məlumatına görə "The New York Times" yazır ki, Makron bəzi Avropa ölkələrinin müharibədən sonra Ukraynaya "dəstək qüvvələri" göndərə biləcəyini vurğulasa da, bu qüvvələrin tərkibi və hansı ölkələrin iştirak edəcəyi hələ dəqiqləşməyib.

Nəşrin məlumatına görə, bu qeyri-müəyyənlik Avropanın diplomatik səyləri ətrafında suallar yaradır. Üstəlik, ABŞ-ın Avropanın mümkün hərbi kontingentinə hansı formada dəstək verəcəyi də açıq qalır.

Sammitdə üç saatlıq müzakirələrə baxmayaraq, yalnız Böyük Britaniya və Fransa bu ideyaya sadiq qaldı. Digər Avropa dövlətləri isə qoşun göndərmək məsələsində yekdil mövqeyə gələ bilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR