İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Serbiyanın qanunsuz miqrasiyanın qarşısını alacağını gözləyir

Avropa Komissiyası vizasız səyahət imkanı sayəsində Serbiyadan Avropa İttifaqı (Aİ) ərazisinə qeyri-qanuni miqrasiyanın mümkün qədər tez dayandırılmasını istəyib.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının daxili işlər üzrə komissarı Ylva Yohansson Qərbi Balkan marşrutu ilə Avstriya, Macarıstan və Belçika kimi Aİ-yə üzv ölkələrə qanunsuz miqrasiyanın çox ciddi şəkildə artdığını deyib. Bu şəxslərin vizasız Serbiyaya daxil olduğu, daha sonra sığınacaq üçün Aİ ölkələrinə getdiyini bildirilib.

“Xüsusən də hindistanlıların sayında çox ciddi artım müşahidə olunur. Ötən ay Avstriyada ən çox sığınacaq üçün müraciət edənlər Hindistan vətəndaşları olub. Kuba vətəndaşlarının sayında artım var”, - deyə o qeyd edib.

Y.Yohansson Serbiyadan bu qanunsuz miqrasiyanın qarşısını almasını istədiklərini deyib: “Serbiyadan çox müsbət cavab aldıq. Bu istiqamətdə irəliləyiş gözləyirik”.

Bu ilin əvvəlindən Qərbi Balkan marşrutundan Aİ ölkələrinə 106 min nəfərin daxil olduğu, keçən illə müqayisədə 170 faiz artımın müşahidə edildiyi bildirilib.

Qeyd edək ki, Serbiyanın Hindistan, Tunis, Suriya, Burundi kimi ölkələrlə vizasız səyahət müqavilələri var. Serbiya Aİ ilə isə viza rejiminin liberallaşdırılması sazişi imzalayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR