İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı ilə İsrail arasında YENİ BÖHRAN: "Utancvericidir"

Avropa İttifaqı (Aİ) ilə İsrail arasında qəbul böhranı yaranıb.

Musavat.com xəbər verir ki, böhranın mərkəzində İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir dayanır.

İsrailin Ben-Qviri Aİ-ni ənənəvi 9 May Avropa Günü qəbuluna göndərmək qərarına gəlməsindən sonra Brüssel tədbiri ləğv edib.

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin görüşündən sonra verilən açıqlamada bildirilir: “Biz Aİ-nin təmsil etdiyi dəyərlərə uyğun gəlməyən birinə platforma təklif etmək istəmirik”.

Qərara sərt reaksiya verən Ben-Gvir Aİ-ni ikili standartlar tətbiq etməkdə günahlandırıb:

"Demokratiya və multikulturalizm dəyərlərini təmsil etdiyini iddia edən Avropa İttifaqının diplomatik olmayan şəkildə susdurma tətbiq etməsi utancvericidir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR