Onlayn ictimai-siyasi qəzet
Yaxın günlərdə Avropa İttifaqı Trampın tətbiq etdiyi rüsumlara vahid cəbhə ilə cavab vermək üçün birgə tədbirlər paketi qəbul edəcək.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, ilk əks tədbirlər paketi ABŞ-dan təxminən 28 milyard dollarlıq idxala təsir edəcək. Qeyd olunur ki, söhbət geniş çeşiddə mallardan gedir - diş ipindən tutmuş brilyantlara qədər. Beləliklə, AB Trampın mallarına tətbiq etdiyi tariflərə öz əks rüsumlarını tətbiq edən Çin və Kanadaya qoşulacaq.
Avropa Komissiyasının bazar ertəsi əlavə rüsum tətbiq olunacaq Amerika mallarının yekun siyahısını təklif edəcəyi gözlənilir. Xüsusilə tariflər Amerikadan ət, taxılı, şərab, taxta-şalban, geyim, tozsoranlar və bəzi digər mallara tətbiq edilə bilər.
Aİ diplomatları ABŞ-la ayrı-ayrı danışıqlardan qaçmağın və ittifaqın birliyini qorumağın onlar üçün vacib olduğunu bildiriblər.
Reuters qeyd edir ki, bloka daxil olan ölkələrin vəziyyətlə bağlı həqiqətən fərqli baxışları var. Belə ki, Fransa ABŞ-ın tariflərinə sərt güzgü reaksiyasına çağırır, ABŞ bazarından çox asılı olan İrlandiya "ölçülüb-biçilmiş" cavab verməyə çağırır, İtaliya isə ümumiyyətlə, cavab tarifinin tətbiqi ideyasını şübhə altına alır.
Bu şərtlər daxilində tarazlığa nail olmaq çətindir. "Tədbirlər ABŞ-ı danışıqlar masasına oturtmaq üçün çox yumşaq ola bilməz, lakin eskalasiyanın qarşısını almaq üçün çox da sərt olmamalıdır, - Aİ diplomatlarından biri deyib.
Aİ-dən gələn ilk əks-tarif paketinin aprelin 9-da səsverməyə çıxarılacağı gözlənilir. Çox güman ki, paket qəbul olunacaq. Bundan sonra tariflər iki mərhələdə qüvvəyə minəcək: nisbətən kiçik hissəsi aprelin 15-də, qalan hissəsi isə bir ay sonra.
Musavat.com
09 Aprel 2025
08 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ