İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa boru qazı idxalını 34 faiz azaldıb

2023-cü ilin birinci yarısında Avropada qaz istehlakı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq 178 milyard kubmetr təşkil edib. Bu zaman boru qazının idxalında azalma 34 faiz olub.

Musavat.com Qaz İxracatçıları Forumuna (FSEQ) istinadən xəbər verir ki, iyunda Avropa İttifaqında qaz istehlakı illik ifadədə 12 faiz azalmaqla 18 milyard kubmetrə bərabər olub.

Bu azalma əsasən külək və günəş enerjisi istehsalının artması hesabına baş verib. Bundan əlavə, Avropa Komissiyasının enerji istehlakının 2024-cü ilin martına qədər 15 faiz azaldılmasına dair qərarı da burada rol oynayıb.

Qaz qiymətlərinin azalması, külək və günəş enerjisi istehsalının artmasına baxmayaraq, Avropanın sənaye sektorunda ötən ilki səviyyəyə qədər bərpa olunmayıb.

Birinci yarımildə Almaniyada qaz istehlakı illik ifadədə 8,3 faiz azalmaqla 41 milyard kubmetr, İtaliyada 15 faiz azalmaqla 33 milyard kubmetr, Fransada 10 faiz azalmaqla 19 milyard kubmetr, İspaniyada 14 faiz azalmaqla 15 milyard kubmetr, Böyük Britaniyada 11 faiz azalmaqla 31,5 milyard kubmetr təşkil edib.

İkinci ən böyük qaz istehlakçısı olan Çində may ayında istehlak illik ifadədə 11 faiz artaraq 34 milyard kubmetr, yanvar-mayda isə 5 faiz artmaqla 162 milyard kubmetr olub.

İyunda Avropa İttifaqına boru qazı idxalı mayla müqayisədə 8 faiz, illik ifadədə 29 faiz azalaraq 11,6 milyard kubmetr təşkil edib.

Birinci yarımillikdə isə Aİ-yə boru qazı idxalı 34 faiz azalmaqla 76,7 milyard kubmetr olub. Bu həcmin cəmi 11,7 faizi Rusiyadan alınıb. Bu, illik ifadədə 75 faiz azalma deməkdir. Bu ilin birinci yarısında Aİ Norveçdən 43,4 milyard kubmetr (azalma 9 faiz), Əlcəzairdən 15 milyard kubmetrə yaxın boru qazı alıb. Qalan həcmləri isə Azərbaycan və Liviyadan təmin edilib. Ümumilikdə, Aİ-nin boru qazı təminatında birinci 6 ayda Norveçin payı 57 faiz, Rusiyanın payı isə 15 faiz olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR