İnsanlara hürriyət, millətlərə istiqlal!

AVRO-2023: Azərbaycanın basketbol millisi Ermənistanla eyni qrupa düşüb

Azərbaycanın 16 yaşadək basketbolçulardan ibarət yığması 2023-cü il Avropa çempionatının seçmə mərhələsində Ermənistanla eyni qrupa düşüb.

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı xəbər verir ki, C Divizionunda mübarizə aparacaq yığmanın püşkatma nəticəsində B qrupundakı digər rəqibləri də bəlli olub.

Azərbaycan millisi seçmə mərhələdə Ermənistanla yanaşı, Albaniya, Kipr və San Marino ilə də qarşılaşacaq.

Qeyd edək ki, B qrupunun oyunları bu il 19 - 27 iyulda Kosovonun paytaxtı Priştinada keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR