İnsanlara hürriyət, millətlərə istiqlal!

"Atletiko"nun müdafiəçisi İstanbul nəhənginə keçir

"Atletiko Madrid"in mərkəz müdafiəçisi Stefan Saviç karyerasını Türkiyədə davam etdirməyi düşünür.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış jurnalist Yağız Sabuncuoğlu yayıb.

Mənbənin məlumatına görə, ötən yay Səudiyyə Ərəbistanına yollanmaq imkanı olan, lakin Madriddə qalmağa qərar verən Monteneqrolu futbolçu "Fənərbağça"ya keçə bilər. 32 yaşlı oyunçunu buna sövq edən əsas səbəblərdən biri İstanbul nəhəngində çoxdankı dostu Edin Dzekonun oynamasıdır.

Keçid "Atletiko"nun Saviçdən qurtulmağa qərar verəcəyi halda reallaşa bilər. Müdafiəçinin hazırkı müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR