İnsanlara hürriyət, millətlərə istiqlal!

Atırauda yanvar iğtişaşlarının iştirakçıları məhkəmə zalından azadlığa buraxılıblar

Qazaxıstanın Atırau şəhərində ötən ilin yanvar ayında baş vermiş iğtişaşların 27 iştirakçısı məhkəmədə hökmlərini dinləyib. Onlara qarşı iğtişaş törətmək, polis əməkdaşlarına bədən xəsarəti yetirmək və silah oğurluğu daxil olmaqla 10 maddə üzrə ittiham irəli sürülüb.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, işin materiallarına görə, 27 nəfərin hamısı iğtişaşların iştirakçısı olub. Onlar güc strukturlarının binalarını dağıdıb, yandırıb, qarət ediblər. Bəziləri sosial şəbəkələrdə fəal şəkildə küçələrə çıxmağa çağırıb, hətta polis əməkdaşlarına hücum zamanı da görüntülənib.

Nəticədə iki nəfər amnistiyaya məruz qalıb, 17 nəfər məhkəməni gözləyərkən artıq cəzasını çəkib. Daha səkkiz nəfər azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalar alıb. Ümumiyyətlə, istintaqla əməkdaşlıq üçün bütün müttəhimlər sonda evlərinə getmək üçün məhkəmə zalından buraxılıblar.

“Müttəhimlər təqsirli olduqlarını etiraf etdilər, sübutların heç birinə etiraz etmədilər və istintaqla əməkdaşlıq etdilər. İş üzrə tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamın qismən öz sübutlarını tapmadığını hesab edərək, məhkəmə belə qərar çıxarıb”, - deyə hakim Zarema Xamidullina izah edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR