İnsanlara hürriyət, millətlərə istiqlal!

Astarada azadlığa çıxan kişi dərhal həbs edildi

Astara rayonunda azadlığa çıxan 45 yaşlı kişi yenidən həbs edilib.

Musavat.com oxu.az-a istinadla xəbər verir ki, rayon sakini, 1980-ci il təvəllüdlü Həsən Zöhrabov (ad və soyad şərtidir) saxlanılıb və 10 sutka inzibati qaydada həbs edilib. O, Astara Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə göndərilib.

10 sutka başa çatandan sonra H.Zöhrabov müvəqqəti saxlama yerindən azad edilib. Amma onun azadlığı bir neçə dəqiqə çəkib. Həsən həbsdən azad olunarkən şöbənin inzibati binasında polis əməkdaşlarını təhqir edib. O, şöbə əməkdaşlarına - "utanmazlar, məni heç nədən həbs etdilər", - deyərək ətrafdakılara təhqiredici ifadələr işlədərək səs-küy salıb. Polis əməkdaşları onu sakitləşməyə çalışsalar da, o, yenidən əməllərinə davam edib. H.Zöhrabov yenidən saxlanılıb və barəsində təkrar inzibati protokol tərtib edilib.

Astara Rayon Məhkəməsinin qərarı ilə H.Zöhrabov yenidən 15 sutka inzibati həbs edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR