İnsanlara hürriyət, millətlərə istiqlal!

Astanada Ərdoğanla Putin arasında görüş birsaat yarım davam edib - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş bir saat yarım davam edib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, dövlət başçıları Rusiya ilə Ukrayna arasında davam edən savaşın nizamlanması barədə fikir mübadiləsi aparmayıblar.

***

Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısı çərçivəsində görüşü keçirilir.

“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, görüşdə ikitərəfli münasibətlər, enerji sahəsində əməkdaşlıq, Ukraynadakı müharibə və Suriya ilə bağlı məsələlər müzakirə olunur.

Liderlər Rusiya-Ukrayna müharibəsi və atəşkəs prosesi, həmçinin Qara dəniz taxıl dəhlizi məsələsini müzakirə etdikləri bildirilib.

Məlumata görə, görüşdə Rusiya Prezidenti Vladimir Putinin Avropadakı enerji böhranının həlli üçün Türkiyədə təbii qaz mərkəzinin yaradılması təklifinin də müzakirə olunacağı gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR