İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞPA-dakı təmsilçimizdən ŞOK İDDİA: Bizə qarşı proseslərdə Rusiyanın da əli var! - VİDEO

Millət vəkili Erkin Qədirli Rusiya xarici işlər naziri Sergey Lavrovun rus sülhməramlıları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Musavat.com xəbər verir o, "TV Musavat"ın efirində Sevinc Telmanqızının mövzu ilə bağlı sualını belə cavablandırıb:

"Mən rus sülhməramlılarının qalacağını düşünmürəm. Azərbaycanın artıq onlara ehtiyacı yoxdur. Sülh konteksti bitib. Azərbaycan bölgədə sülhü bərpa edib. İctimai asayişi Azərbaycan polisi qoruyur. Düşünürəm ki, erkən seçkinin keçirilməsinin səbəblərindən biri də rus sülhməramlılarının bölgədən çıxarılmasıdır. Növbəti seçki 2025-ci ildə olmalı idi. Seçki ilində sülhməramlıların çıxarılmasının siyasi riskləri var. Məncə, bütün seçkilər bu il keçiriləcək. Rusiya ermənilərin gedəcəyini gözləmirdi. Onlar getdikdən sonra ruslar burada niyə qalsın ki?".

E.Qədirli hesab edir ki, AŞPA-dakı qərarın Rusiya ilə əlaqəsi var:

"Azərbaycanın AŞPA-dan çıxarılmasına ruslar sevinir. Bəzi deputatların "fəallığı" mənə bunu deməyə əsas verir. Yeri gəlmişkən, AŞPA-nın bu qərarından Nazirlər Komitəsi çox narazıdır. Bu narazılıq səfirlər səviyyəsində ifadə olunub".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR