İnsanlara hürriyət, millətlərə istiqlal!

“Arvadımdan, ailəmdən əl çəkin!” –Moldovanın eks-prezidenti qəzəbləndi

Korrupsiyada və dövlətə xəyanətdə ittiham olunan Moldovanın keçmiş prezidenti İqor Dodonun həyat yoldaşı Qalina prokurorluğa çağırılıb.

Azpost.info xəbər verir ki, bu barədə Dodon “Telegram” kanalında məlumat verib.

O, həyat yoldaşının prokurorluğa ittiham olunmaq üçün çağırıldığını bildirib: “Qalina çağırış vərəqəsini uşaqları şahmat dərsinə aparanda alıb. Deməli, xüsusi xidmət orqanları onu izləyiblər. Bu, Moldovanın tarixində görünməmiş bir hadisədir. Siyasi rəqibindən qisas almaq istəyi ölkənin hazırkı prezidenti Maya Sandunu həyat yoldaşıma, uşaqlarıma, anama, yaxın qohumlarıma hücum etməyə sövq edir”.

Dodon əlavə edib ki, bəzi şeylərə görə hakimiyyəti bağışlamayacaq. O, hakimiyyəti ailəsindən, yaxınlarından əl çəkməyə çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR