İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadı boşanmaq istədi, özünü iş otağında öldürdü

Lerik Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı iş yerində intihar edib.

“Qafqazinfo” xəbər verir ki, xəstəxananın təsərrüfat şöbəsində anbardar vəzifəsində çalışan 1990-cı il təvəllüdlü Orucəli Hacı oğlu Baxışov xidməti otağında özünü asıb.

Bildirilir ki, 32 yaşlı O.Baxışov 2 azyaşlı uşaq atası olub. İlkin ehtimala görə, intihara səbəb anbardarın ailəsindəki problemlərdir. Belə ki, onun həyat yoldaşı bir müddət əvvəl boşanmaq iddiası ilə məhkəməyə müraciət edib, məhkəmə onun ərizəsinə yaxın günlərdə baxacaqmış.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR