İnsanlara hürriyət, millətlərə istiqlal!

Artur Xaçatryan: “Avropa Parlamenti ölkə hakimiyyətindən daha çox ermənipərəstdir”

“Avropa Parlamentinin qətnaməsi ölkə hakimiyyətinin mövqeyindən daha çox ermənipərəstdir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın müxalifətdə olan eyni adlı parlament blokunun deputatı Artur Xaçatryan deyib.

“Əminəm ki, bir çoxlarınız Avropa Parlamentinin yanvarın 19-da qəbul etdiyi qətnamədən xəbərdarsınız. Qətnamədə Avropa Parlamenti (əsassız yerə-red.), ilk növbədə, Azərbaycanın Qarabağı  blokadaya almasını (ekoloqların dinc aksiyası belə təqdim olunur-red.) pisləyir və onu beynəlxalq hüququ pozmaqda ittiham edir. Lakin Avropa Parlamentinin qəbul etdiyi qətnamədə daha mühüm müddəalar var idi. Avropa Parlamenti Qarabağ ermənilərinin hüquqlarını nəzərə almalı olan hərtərəfli sülh müqaviləsinin bağlanmasına böyük əhəmiyyət verir.

Belə görünür ki, Avropa Parlamentinin mövqeyi Ermənistanın, Qarabağın statusu və Qarabağ ermənilərinin bərabərlik və öz müqəddəratını təyinetmə hüququ haqqında danışmaqdan imtina edən Nikol hakimiyyəti və onun  deputatlarının mövqeyindən qat-qat ermənipərəstdir.

İstər-istəməz sual yaranır, bəlkə Azərbaycan kürü diplomatiyasının hədəfi artıq avropalılar deyil, hakim partiyasının üzvləridir?”,-deyə erməni siyasətçi yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR