İnsanlara hürriyət, millətlərə istiqlal!

“Artroplastika və artroskopiya kursu: çiyin və diz nahiyəsi” mövzusunda konfrans keçirilib

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu (ETTOİ) və Azərbaycan Ortopediya Cəmiyyəti tərəfindən mart 1-də “Artroplastika və artroskopiya kursu: çiyin və diz nahiyəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Musavat.com xəbər verir ki, konfransda Azərbaycanın səhiyyə nazirinin müavini İlqar Qasımov, ETTOİ-nin baş həkimi Kamil Eyvazov, Türkiyənin ölkəmizdəki səfirliyinin, TİKA Bakı Koordinatorluğunun, ölkəmizin ali təhsil və tibb müəssisələrinin nümayəndələri, Türkiyənin bu sahə üzrə tanınmış alim həkimləri, o cümlədən professorlar Vedat Şahin, Muhammet Baybars Ataoğlu və Ulunay Kanatlı, dosentlər Baran Sarıkaya, Mustafa Özer, Mehmet Ali Tokgöz, İnsi Hazal Ayas və digərləri iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyətinin Dövlət Himnləri səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin keçirilməsində məqsəd travmatologiya və ortopediya sahəsindəki nailiyyətlərin və imkanlarının qarşılıqlı dəyərləndirilməsi, müzakirə olunan mövzular ətrafında səmərəli fikir mübadiləsinin aparılmasıdır. Eyni zamanda, ETTOİ fəaliyyətinin optimallaşdırılması, ölkəmizin bu sahənin mütəxəssisləri üçün uğurlu təcrübə mübadilələrinin aparılması, innovativ praktikaların tətbiqi imkanlarının nəzərdən keçirilməsi və gələcəkdə xarici ölkələrə, xüsusən də Türkiyədə yerləşən bir çox tibb müəssisələri və universitetlər arasında ortaq fəaliyyətə şərait yaratmaqdır. Tədbirin mühüm istiqamətlərindən biri də qarşılıqlı əməkdaşlıq, ortaq çalışmaların aparılmasıdır. Bu məqsədlə gələcəkdə Azərbaycan travmatoloq və ortopedləri tərəfindən mühüm elmi-tədqiqatların həyata keçirilməsi üçün şərait yaranacaq və təkliflər veriləcək.

Giriş sözü ilə çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov tədbir iştirakçılarını səhiyyə naziri Teymur Musayevin adından salamlayıb və konfransda müzakirə olunan mövzunun aktuallığını vurğulayıb. Onun sözlərinə görə, milli səhiyyənin qarşısında bir sıra mühüm vəzifələr qoyulub: “Bunların sırasında xidmət keyfiyyətinin və səhiyyə əlçatanlığının artırılmasını qeyd etmək olar. Ən əsası isə əhalinin tibbi xidmətlərindən məmnunluq səviyyəsinin yüksəldilməsidir. Bunun üçün səhiyyə sistemləri tibb elminin bütün resurslarını istifadə etməlidir. Bu işdə davamlı tibbi təhsil mühüm rol oynayır”.

“Bugünkü Elmi-praktik konfrans təbabətin ən aktual sahələrindən birinə, travmatologiya və ortopediya sahəsinə həsr olunub. Ümid edirəm ki, elmi-praktik konfrans hər bir iştirakçı üçün faydalı olacaq, müzakirə olunan mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılacaq”, - deyə səhiyyə nazirinin müavini fikrini tamamlayıb.

crowd
a group of people sitting at a table with microphones

200-ə yaxın həkimin iştirakı ilə keçirilən elmi-praktik konfransda tibbdə yeni istiqamət, travmatologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib.

Konfrans panel sessiyalarla davam edib. Sessiyalarla Azərbaycan və Türkiyə ekspertləri “Diz oynağının artroplastikası”, “Meniskin cərrahi bərpa texnikaları”, “Çiyin oynağının artroskopiyası” və digər mövzularda təqdimatlarla çıxış ediblər.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, verilən suallar cavablandırılıb.

a group of people sitting at a table
tie
a man standing at a podium
person
a group of people sitting at tables
a group of people sitting at tables

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR